XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 May, 2019
Muzeyin əməkdaşlarının “İRS” beynəlxalq jurnalında məqalələri dərc olunub
“İRS” Beynəlxalq Azərbaycan jurnalının növbəti buraxılışında (№ 2 (98) 2019) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - t.ü.f.d., dos. Səbuhi Əhmədovun “Железные дороги Азербайджана в XIX-XX веках” (XIX-XX əsrlərdə Azərbaycanda dəmir yolları”, s. 28-31) və t.ü.f.d., dos. Məmməd Məmmədovun “Морская нефть Азербайджана: идея, проекты, воплощение” (“Azərbaycanda dəniz nefti: ideya, layihələr, həyata keçirilmə”, s.38-43) adlı rus dilində məqalələri nəşr olunub. S.Əhmədovun “Железные дороги Азербайджана в XIX-XX веках” adlı məqaləsində XIX-XX əsrlərdə Azərbaycanda dəmir yollarının yaranması və onun neft sənayesinin inkişafında rolundan bəhs edilir. M.Məmmədovun “Морская нефть Азербайджана: идея, проекты, воплощение” məqaləsi isə Xəzər dənizində neft yataqlarının araşdırması tarixinə həsr olunub.