Hazırkı ilin 30 may - 2 iyun tarixlərində Rusiya Federasiyasının Bryansk şəhərində «Rossotrunidçestvo» beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi və YUNESKO ilə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə «Dünya təhsil məkanında fəaliyyət göstərən mədəniyyət və incəsənət ali təhsil müəssisələri: rus-slavyan mədəni ənənələri və qarşılıqlı əlaqələri» adlı altıncı beynəlxalq simpozium keçirilmişdir. 22 müxtəlif ölkənin ali təhsil və elm müəssisələrinin gənc alimlərinin iştirakı ilə baş tutan simpoziumda Vətənimizi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Səidə Həmzəbəyova təmsil etmişdir. Simpoziumun ilk günündə qonaqlar qəhrəman şəhər şöhrəti qazanmış Bryansk şəhəri üzrə təşkil edilən
ekskursiyada iştirak edərək tarixi məlumatları dinləmiş və «Xaçın», «Partizanlar çəmənliyi» memorial abidələrini seyr edərək, Rusiya, Ukrayna və Belorusiyanın yaradıcı kollektivlərinin iştirakı ilə təşkil edilən konsert proqramına qatılmışlar.
Sonrakı gün Bryansk vilayətinin inzibati idarəsinin Büllur zalında simpoziumun rəsmi açılışı elan edilmiş və Bryansk vilayətinin qubernatoru N.V.Denin çıxış edərək Rusiya prezidentinin İnzibati İşlər İdarəsi, Rusiya hökuməti, Rusiya Federasiyasının Dövlət Duması, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi adından olan təbrikləri iştirakçıların diqqətinə çatdırmışdır.
Simpoziumun Beynəlxalq Təşkilat Komitəsinin rəhbəri, Dövlət Dumasının üzvü, professor R.Q.Abdulatipov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, p.e.d, professor T.V.Kuznetsovanın diqqətəlayiq çıxışlarından sonra təşkil edilən «Postsovet məkanında inteqrasiya prosesləri. Metodologiya və siyasət» adlı dəyirmi masada Avropa, cənub-şərqi Asiya, MDB ölkələri, Rusiyadan dəvət edilmiş iştirakçılar müştərək təhsil proqramlarının təşkili layihələrini müzakirə edərək bir sıra problemləri və perspektivləri araşdırmışlar.
6 bölmə üzrə səsləndirilən mühazirələrdə beynəxalq əməkdaşlıqda önəmli faktor hesab edilən təhsil və mədəniyyət, qloballaşma şəraitində mədəniyyət dialoqu, mədəni inteqrasiya, müasir tərbiyə problemləri, informasiya cəmiyyətinin dəyərləri, bədii-yaradıcılıq məsələləridən söhbət açılmış və onların əhəmiyyəti və həlli yollarındən bəhs edilmişdir.
İkinci bölmədə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Səidə Həmzəbəyova «Mədəni-tarixi irsin qorunmasında muzeyin rolu» məruzəsində muzeylərin mədəni dəyərlərin qorunmasında rolunu vurğulayaraq, müasir muzey infrastrukturu, muzeylərin dövlət və ictimai əhəmiyyətindən söhbət açmışdır. O, 90 ildən artıq fəaliyyətə malik Milli Azərbaycan Tarixi Muzeyinin elmi-tarixi və mədəni rolundan danışaraq onun bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunduğunu qeyd etmiş və Azərbaycan dövlətçiliyinin tarixi-mədəni abidələrə, incəsənətə qayğısından danışmışdır.
Qeyd edilən günün mədəni proqramına müvafiq olaraq iştirakçılar «Neopalimaə Kupina» kilsəsini ziyarət etmiş, «Dyatkovski büllur» muzeyinə tamaşa edərək F.İ.Tyutçevin yaradıcılığına həsr edilmiş Ümumrusiya şeir bayramında iştirak etmiş və yaradıcı kollektivlərinin rəqs nömrələrinə tamaşa etmişlər.
Simpozium yekun qərarın qəbulu və iştirakçılara diplomaların təqdimatı ilə başa çatmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.