XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 May, 2019
Muzey əməkdaşları təltif olunub
Azərbaycan Milli İncəsənət Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Museum.az” saytının təqdimatı olub və təmirdən yeni çıxmış üçüncü korpusun açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Resbublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın alimləri, elm və mədəniyyət xadimləri iştirak və çıxış ediblər. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Beynəlxalq Muzeylər Günü münasibəti ilə akademik Nailə Vəlixanlı və Muzeyin Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., dos. Məhfuzə Zeynalova muzey işi sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar. Bu münasibətlə akademik Nailə Vəlixanlını və t.ü.f.d., dos. Məhfuzə Zeynalovanı təbrik edirik.