XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova Moskvada ezamiyyətdə olub və beynəlxalq konfransda iştirak edib. Muzey əməkdaşı L.N.Tolstoy adına Dövlət Muzeyində keçirilən VIII Ümumrusiya Elmi-Fond Konfransında “XXI əsrdə muzey fondlarında toxuculuq məmulatlarının mühafizəsi problemi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə olunan zəngin toxuculuq nümunələri haqqında konfrans iştirakçılarına məlumat verilib. Həmçinin toxuculuq məmulatlarımızın uzun illər erməni, Qafqaz, Şərq mədəniyyəti nümunələri kimi təqdim edilməsi probleminə toxunulub. Eyni zamanda müstəqillik qazandıqdan sonra Azərbaycanda muzey işi və maddi-mədəniyyət nümunələrimizin tanıdılması sahəsində xeyli işlər görüldüyü qeyd edilib. Toxuculuq məmulatlarımızın tanınması məqsədilə slayddan ibarət təqdimat həyata keçirilib. Yüz illərlə yaşı olan toxuculuq məmulatlarının fondlarda mühafizəsi, ekspozisiya və sərgilərdə istifadəsi zamanı baş verən problemlərə toxunulub. Konfrans zamanı L.N.Tolstoyun ev muzeyində mühafizə olunan 3 ədəd xovsuz xalçanın Azərbaycana məxsus olub-olmadığının təyin edilməsi məsələsi muzey rəhbərliyi ilə müzakirə olunub.