14 iyun 2012-ci ildə Miili Azərbaycan Tarixi Muzeyində YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının təşəbbüsü ilə Milli Qurtuluş gününə həsr edilmiş iclas keçirildi. İclası giriş sözü ilə açıq elan edən YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri P.Əzimova qeyd edilən günün önəmini vurğulayaraq, 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində yaranmış müsbət dönüşdən bəhs etdi. Daha sonra çıxış edən YAP üzvləri – B.Əmrullah qızı, G.Əliyeva-Məmmədova, A.Əhmədov, N.Quluzadə, F.Babayeva, A.Məmmədova, R.Səadətov, S.Dostiyeva ümummilli liderin fəaliyyəti nəticəsində elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesindən və Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasından, Azərbaycan dövlətçiliyinin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsindən, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli siyasi xəttindən, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə edərək bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli siyasətindən danışdılar. İclas YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatına yeni üzv olmuş vətəndaşlara üzvlük vəsiqələrinin təqdimatı ilə başa çatdı. İclasdan sonra Sumqayıt Tarixi Muzeyində olan təşkilat üzvləri, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamovanın təqdimatında maraqlı ekskursiyanı dinlədilər. Olqa xanım bildirdi ki, “Sumqayıtın Tarixi Muzeyi 2008-ci ildə əsaslı təmir edilərək sumqayıtlıların ixtiyarına verilmişdir və hazırda bu zəngin mədəniyyət ocağında sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin, dostluq əlaqələrinin inkişafına işıq salan 14000-dən artıq maddi-mədəniyyət nümunələri qorunur. Respublikada baş verən ictimai-siyasi hadisələr, mədəni-maarif sahəsində yaranan dönüş, əldə olunan uğurlar muzey ekspozisiyasında öz əksini tapır. Muzeydaxili sərgilər bir-birini əvəz etməklə yanaşı muzey fondunun materialları ictimai-siyasi fəaliyyət xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur və muzey kollektivi elmi-kütləvi işlərdə daim fəallıq göstərir, orta təhsil məktəblərində istər əlamətdar günlər, bayramlar, istərsə də təqvimə qanla yazılmış tarixi günlərlə bağlı müzakirələrin dinlənməsini təşkil edir”. Rəqqaslıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət məmulatı, arxeoloji əşyalar, foto şəkillər, sənədlər və s. eksponatlara tamaşa edən təşkilat üzvləri muzeyin fəaliyyəti haqqında dolğun və hərtərəfli məlumat alaraq qeyd edilən günü fotoşəkillərlə yaddaşlara köçürdülər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.