XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2019
“Arxeo” klubda növbəti görüş
2019-cu ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış “Arxeo” klubun Beynəlxalq muzeylər günündə üzvləri -H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirləri ilə növbəti görüşü keçirilib. Görüş “Smart” adlı Tədris Mərkəzində baş tutub. Görüşdə ilk olaraq Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d N.Quluzadə məktəbliləri salamlayaraq klubun “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasının inciləri” adlı kitab hədiyyəsini H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin tarix müəllimi S.Nəsibovaya təqdim etdi, eləcə də üzvlərə tədrisdə və klubun işində uğurlar arzuladı. Daha sonra “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klub üzvlərinə görüşün məramı haqqında məlumat verdi. Mərkəzdə klub üzvləri Azərbaycanın qədim sənətkarlıq sahələrindən olan dulusçuluq və Orta əsrlərdə Yaxın Şərqdə geniş yayılmış ebru sənətləri ilə əyani şəkildə tanış oldular. N.Quluzadə iştirakçılara Azərbaycanda dulusçuluq sənətinin tarixi, saxsı məmulatlarını hazırlanması haqqında ətraflı məlumat verdi. Klub üzvləri verilən məlumatları maraqla dinlədilər. Sonda liseyin tarix müəllimi Sevil Nəsibova “Arxeo” klubdakı görüşdən məmnunuyyət duyduğunu, belə görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini bildirdi. “Arxeo” klubun yaradılmasında əsas məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqda təsəvvürlərini daha da zənginləşdirməkdən ibarətdir.