XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 May, 2019
Tələbələr Muzeydə elmi təcrübə keçiblər
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq ixtisası üzrə Dekorativ tətbiqi sənət və bədii keramika fakültəsinin tələbələri Milli Azərbaycan Tarixi Muzeyində elmi təcrübə keçiblər. Tələbələr Muzeyin fondları ilə yaxından tanış olublar. Onlara muzeyin Arxeologiya elmi fondunun müdiri t.ü.f.d., dosent Nasir Quluzadə, Etnoqrafiya elmi şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulova və Təsviri materiallar fondunun müdiri, s.ü.f.d. dos. Nardanə Yusifova tələbələrə muzeydə qorunan eksponatların tarixi haqqında ətraflı məlumat veriblər.