XƏBƏRLƏR
23 May, 2019
Muzeyin arxeoloji incisi
Azərbaycanın orta əsr şəhər yerlərindən aşkar olunmuş saxsı məmulatının müəyyən hissəsini sferokonus qablar təşkil edir. Bu qablar bütün müsəlman dünyasında geniş yayılmışdır.
Milli Azərbaycan Tarixi Muzeyində də sferokonus qabların böyük kolleksiyası mövcuddur. Muzeyin Arxeologiya fondunda müxtəlif formalara və bədii tərtibatlara malik olan həmin kolleksiya nümunələri arasında 1955-ci ildə Beyləqandan tapılmış sferokonus qab xüsusilə diqqəti cəlb edir. Qabın ağiz hissəsi yastı yarımkürə şəklində olub gövdəyə birləşib və mərkəzdən aşağı hissə isə gözcük şəkilli naxışlarla örtülüb.
Bəzi mütəxəssislər bu qabların çıraq kimi, bəziləri civə, neft, ətriyyat daşınmasında, digərləri isə hərb işində istifadə olunduğunu iddia etmişlər. Sferokonusların şərab saxlanılması üçün istifadə olunduğu fikri də mövcuddur. Hətta bu qablarda zəmzəm suyunun daşınması haqqında da mülahizələr var. Lakin daha bu qablardan civənin saxlanmasında və daşınmasında istifadə olunduğu ehtimal olunur. Xaqani Şirvaninin kiçik bir şeirində deyildiyi kimi: “Nəfəsim dəmirçinin ocağı qədər istidir, civə qabının boğazındakı kimi ürəyimə yaxındır”.
Sferokonus qab Azərbaycanın orta əsrlər dövründəki dulusçularının bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də bədii zövqü haqqında dolğun təsəvvür yaradır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...