XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 May, 2019
Muzeydə Elmi Şuranın növbəti iclası keçirildi
Mayın 24-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda vakant vəzifələri tutmaq üçün müsabiqənin keçirilməsi məsələsinə baxılmışdır. AMEA Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli 1/3 № li qərarına uyğun olaraq Müsabiqə Komissiyasının sədri t.ü.e.d., dos. Nərgiz Əliyeva Elmi Şura üzvlərinə namizədlər haqqında məlumat verdi. Daha sonra iddiaçılar özləri haqqında məlumat verdilər və Şura üzvlərinin suallarını cavablandırdılar. Müzakirələrdən sonra seçki keçirildi. İclasda həmçinin Arxeologiya fondunun müdiri Aidə İsmayılovanın “Azərbaycanın IX-XIII əsrin əvvəlləri maddi mədəniyyəti (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)” adlı monoqrafiyası müzakirə olundu və çapa məsləhət görüldü.