20 iyun 2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyində 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə iştirak edən Müdafiə Nazirliyi, Ali Hərbi və Hərbi Dəniz məktəbləri, hərbi hissələr, Hərbi Akademiya, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu, Respublika Veteranlar Şurası, Bakı şəhər Veteranlar Şurasının, Azərbaycan Dövlət Tarix Arxivinin əməkdaşları, şəhər muzeylərinin, o cümlədən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvləri, Qarabağ müharibəsi və Şəhid ailələri İctimai Birliyinin nümayəndələri muzeyin açıq səma altındakı ekspozisiyası ilə tanış olaraq Bakı şəhəri
46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin “Günəş” rəsm studiyası üzvlərinin Azərbaycan ordusunun yaradılmasının 94-cü ildönümünə həsr olunmuş rəsm işlərinə tamaşa etdilər.
Ümumilli lider Heydər Əliyevin büstünün təntənəli açılışından sonra Çapay Sultanovun II Dünya müharibəsində Bakı neftinin rolundan bəhs edən “История не любит сослагательного наклонения, и всё же…” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov qeyd edilən dövrün tarixi hadisələrinə diqqət çəkərək, əsərin aktuallığını qeyd etdi.
Tədbir iştirakçılarınə salamlayan və Silahlı Qüvvələr günü münasibətilə təbrik edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, e.o.polkovnik Rüfət Əmirov çıxışında Azərbaycanda hərb işinin yaranma tarixindən, müasir dövrdə ordu quruculuğunun vəziyyətindən və Azərbaycan dövlətçiliyinin bu sahəyə ayırdığı diqqət və qayğıdan bəhs etdi. Nagiyə Rzayevanın rəhbərliyi ilə “Günəş” rəsm studiyası üzvlərinin hazırladıqları bədii kompozisiyanın nümayişindən sonra muzeyin əməkdaşı, t.ü.f.d. Vahid İsmayılovun “Azərbaycan Demokratik Respublikasında ordu quruculuğu” adlı məruzəsi dinlənildi və “Qəzan mübarək, Paşam” sənədli filmi nümayiş etdirildi.
Hərb Tarixi Muzeyinin ekspozisiya hissəsinin rəisi Lalə Hüseynovanın “Müasir Azərbaycan Respublikasının ordu quruculuğu”, muzeyin tərcüməçi-bələdçisi Sevər Həsənovanın “Müasir Azərbaycan Respublikasının hərbi dəniz qüvvələri”, muzeyin kiçik elmi işçisi Şəlalə Hüseynovanın “Müasir Azərbaycan Respublikasının hərbi hava qüvvələri”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Aqil Əhmədovun “Azərbaycan ordusu və NATO standartları”, Azərbaycandakı Türk Hərbi Ataşeliyinin qərargah rəisi, polkovnik Albay Murat Aydının məruzələri və Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin “Günəş” rəsm studiyası üzvlərinin ifasında söylənilən şerlər dərin maraqla qarşılandı.
Tədbir “Heydər Əliyev və ordu quruculuğu” sənədli filminin nümayişi ilə sona yetdi. Gələn qonaqlar həmçinin muzeyin zəngin ekspozisiyasına tamaşa edərək dəyərli məlumatlar əldə etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.