XƏBƏRLƏR
30 May, 2019
Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium keçiriləcək
AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2-3 oktyabr 2019-cu il tarixində görkəmli Azərbaycan mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyi münasibəti ilə Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumunu keçirir.
Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:
1. Əhməd bəy Ağaoğlu və müsəlman Şərqində müasirləşmə problemləri.
2. Əhməd bəy Ağaoğlu türkçülüyün ideoloqlarından biri kimi.
3. Əhməd bəy Ağaoğlunun Azərbaycanda ictimai-siyasi fəaliyyəti.
4. Əhməd bəy Ağaoğlunun Türkiyədə ictimai-siyasi fəaliyyəti.
5. Əhməd bəy Ağaoğlu və müasirləri.
6. Ağaoğlular Türkiyənin ictimai-siyasi həyatında.
Simpoziumda iştirak etmək istəyənlər 2019-cu il sentyabrın 10-dək məruzə tezislərini Təşkilat Komitəsinin farhadcabbarov@mail.ru və ya qabil-so@mail.ru e-poçt ünvanlarına göndərməlidirlər. Tezislər 3000-3500 işarə həcmində olmalı, Times New Roman-12 şrifti və sətirlərarası interval 1 ilə yığılmalıdır. Səhifənin əvvəlində müəllifin adı, soyadı, işlədiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi, elmi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmaldır.
Simpoziumda iştirak xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.
Simpoziumun dilləri – Azərbaycan, türk, ingilis, rus.
Təşkilat Komitəsi: Bakı şəhəri, H. Z. Tağıyev küçəsi, 4,
AMEA Milli Azərbaycan Tarixi Muzeyi.
Əlaqə telefonu: (012)-598-17-39 E-mail: farhadcabbarov@mail.ru
qabil-so@mail.ru
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...