XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2019
Muzeydə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. İştirak edən uşaqlar “Ailə” mövzusunda rəsmlər çəkib. Müstəqil psixoloq Afaq Həsənova uşaqların çəkdiyi rəsm əsərlərinin psixolojik analizi haqqında çıxış edib. Həmçinin uşaqlara xalçaçılıq, toxuculuq sənətlərinin sirləri haqqında məlumat verilib. Muzeyin bərpaçı-rəssamları – Firuzə Ağayeva, Qənirə Məmmədova tərəfindən uşaqlara əyani təcrübə göstərilib. Qeyd edək ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Tədbirin sonunda uşaqlara sertifikatlar təqdim edilib.