Çexiyanın Milli Muzeyinin dəvəti ilə AMEA MATM-in direktoru akademik N.Vəlixanlı və Elmi-Fond işləri üzrə M. Zeynalova 5-10 iyun 2012-ci ildə Praqa şəhərinə ezam olunmuşdurlar. Bu səfərin əsas məqsədi 5 aprel 2012-ci ildə Azərbaycan Respublikası və Çex Respublikası nümayəndələri arasında imzalanmış memoranduma əsaslanaraq iki muzey arasında əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, təcrübə mübadiləsi, sərgi, konfrans və seminarların keçirilməsi haqqında razılaşma əldə etmək idi. Danışıqlar Praqa Milli Muzeyinin direktoru Mixail Lukeşnən aparıldl və nəticədə “Çexiya qranatı” adlı sərgini Milli Azərbaycan Tarixi Muzeyində 2013-cü ilin 1-ci yarsında, MATM-in sərgisini isə 2013-cü ilin sonu-2014-ci ilin əvvəllərində
Praqa şəhərində keçirilməsinə, əməkdaşlar arasında təcrübə mübadiləsinin, seminar və treyninglərin təşkili haqqında razılaşma əldə olundu. Ezamiyyət vaxtı onlar Praqanın bir neçə muzeyləri, ekspozisiya və fondları, bərpa laboratoriyaları ilə tanış olublar. 9 iyunda bütün Praqa muzeylərində “Muzeydə gecə” tədbiri keçirilib və bizim muzeyin əməkdaşları orada da iştirak ediblər. Bu əsl muzey bayramı axşam 19.00-dan gecə 01.00-a qədər davam edib.. Onlar Etnoqrafiya muzeyində folklor ansamblının konsertində, Texniki Muzeyin ekspozisiyasında və orada təqdim olunan xüsusi proqramda, Musiqi Muzeyində isə hər saat dəyişən musiqi kollektivlərinin konsertlərində iştirak ediblər. “Muzey gecəsi” Praqa sakinləri və turistlər tərəfindən nə qədər maraqla bə həvəslə qarşılanmağı, mədəniyyət tədbirlərinin necə yüksək səviyyədə təşkil olunması diqqəti cəlb edirdi. Bu gecə nəinki bütün muzeylər və orada keçirilən tədbirlər hətta şəhər bələdiyyəsi tərəfindən sakinləri muzeylərə aparan xüsusi avtobus marşrutları pulsuz işləyirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.