XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2019
Muzey əməkdaşının monoqrafiyası nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dos. Sevinc Vahabovanın monoqrafiyası çap olunub. “Azərbaycan orta əsr silahları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı monoqrafiyada Azərbaycanın bütün növ silahlarının təsnifatı, izahı, şəkilləri verilir, onların hazırlanma üsulları, istifadə qaydaları nəzərdən keçirilir və təhlil edilir. Monoqrafiya Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası əsasında hazırlanıb. Bu kolleksiya maddi mədəniyyət abidələri içərisində mühüm yer tutur. Xalqımızın qəhrəmanlıq keçmişini sübut edən bariz, əyani nümunələrindən biri silahlar və hərbi ləvazimatlardır. Silahlar öz varlığı ilə xalqın hərb tarixini, hərb ənənələrini, silahsazlıq sənətinin səviyyəsini araşdırmağa imkan verən ən vacib və obyektiv tarixi dəlillərdir. Bu baxımdan Azərbaycan orta əsr silahları çoxəsrlik təcrübənin və təfəkkürün birgə sintezi kimi araşdırılır. Təqdim olunan monoqrafiyada silah kolleksiyası müfəssəl tədqiqat obyekti kimi geniş elmi dövriyyəyə buraxılır.