XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyun, 2019
Muzeyin Gəncə bayrağı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda Azərbaycan xanlıqlarının bayraqlarından ibarət çox unikal kolleksiya saxlanılır. Bu kolleksiya Tiflisdə yerləşən Qafqaz Hərbi Tarix Muzeyındən 1924-cü ildə təhvil alınmışdır. Muzeydə qorunan Gəncə xanlığı bayrağının (İnv. 446) dördkünc qumaşı məxsusi toxunmuş və əl ilə bir-birinə tıkilmış moruğu və yaşıl rəngli xara parçalardan hazırlanmışdır. Üzərində ərəbcə aşağıdakılar yazılmışdır: “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir bağışlayandır; “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”. Qeyd edək ki, 1804-cü ildə general P.Sisianovun başçılıq etdiyi Rusiya qoşunlarının Gəncə xanlığını işğalından sonra xanlığın bayraqları da general P.Sisanovun əlinə keçmiş və o, bu haqda Rusiya imperatoru I Aleksandra məlumat vermişdir.