XƏBƏRLƏR
18 İyun, 2019
Muzeydə “İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş III Respublika elmi konfransı keçirilib
18 iyun 2019-cu il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “İSTİQLAL” muzeyinin 100 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçirilib.
Konfransı salamlama nitqi ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı. İştirakçıları salamladıqdan sonra qeyd etdi ki, muzeydə ənənəvi olaraq “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda konfranslar keçirilir. Bu günkü konfrans bu çərçivədə III Respublika elmi konfransıdır. Konfrans “İstiqlal” muzeyinin 100 illiyinə həsr olunub. Nailə xanım bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də parlamentin binasında “İstiqlal” muzeyi açılmışdı. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi, daha sonra Azərbaycan Tarixi Muzeyi adlandırılmışdır. Muzey 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir. Nailə xanım qeyd etdi ki, cümhuriyyətin süqutundan sonra “İstiqlal” muzeyinin bir çox qiymətli materialları Moskvaya göndərilmiş, daha sonra yoxa çıxmışdır. Nailə xanımın şəxsi təşəbbüsünə baxmayaraq, bu materialları əldə etmək mümkün olmamışdır. Lakin Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli bəzi eksponatları AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov tərəfindən muzeyə təqdim edilmişdir. Sonra AMEA-nın Gəncə regional bölməsinin əməkdaşı, t.ü.f.d. Elnur Həsənov bölmənin nəfis tərtibatlı nəşrlərini muzeyə hədiyyə edib, akademik Nailə Vəlixanlıya təqdim etdi.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Elfira Məlikova-Qurbanova “Müasir muzey fəaliyyətində yeniliklər”; BDU-nun müəllimi, t.ü.f.d. Aydın Məmmədov “Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu”; MATM-nin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva “Azərbaycan Tarixi Muzeyinin XX əsrin 50-ci illər ekspozisiyası quruculuğu” və muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə “Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyinin Qafqaz kolleksiyasındakı saxsı məmulatı Talış-Muğan arxeoloji mədəniyyətinin öyrənilməsində mənbə kimi” mövzularında məruzələr oxudular. Daha sonra iki seksiya üzrə məruzələr davam etdi. Məruzələrdən sonra iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı. Sonra seksiyaların həmsədrləri – t.ü.e.d. Nərgiz Əliyeva, t.ü.f.d. Nasir Quluzadə və dosent Elfira Məlikova-Qurbanova tərəfindən məruzələr haqqında hesabat verildi. Qeyd olundu ki, ümumilikdə konfransda tarix, etnoqrafiya, numizmatika, arxeologiya, muzeyşünaslıq, kitabxanaçılıq və arxiv işləri üzrə 31 iştirakçının elmi məruzələri dinlənilib və məruzəçilərin çıxışları qənaətbəxşdir. Daha sonra akademik Nailə Vəlixanlı çıxış etdi. Konfransın fəaliyyətini məqbul sayaraq, iştirakçılara, məruzəçilərə təşəkkür etdi və konfrans materiallarının nəşr ediləcəyini bildirdi.
Konfrans çərçivəsində akademik Nailə Vəlixanlı CBC TV və Xəzər TV-ə müsahibə verdi. Konfransın məqsədi, mövzusu, “İstiqlal” muzeyi və MATM-nin tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, muzey görkəmli xeyriyyəçi H.Z.Tağıyevin mülkündə yerləşir. Muzeydəki fond materiallarının daha təhlükəsiz qorunması, sərgilənməsi və nümayişi, həmçinin yeni zalların açılması üçün yeni muzey binasına ehtiyac var. Bu istiqamətdə dövlətimizin qayğısı Azərbaycanda muzey işinin təkmilləşməsinə daha çox xidmət edər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...