XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 İyun, 2019
Muzeydə Quranın nadir türkcə təfsiri qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda osmanlı türkcəsində “Təfsiri-şərif” əsəri mühafizə olunur. Hicri 1320 (1902/3)-ci ildə İstanbulda, Bəhriyyə mətbəəsində nəşr olunub. Kitabda onun Sultan II Əbdülhəmid xanın fərmanına uyğun olaraq çap edildiyi qeyd edilib. Qeyd edək ki, bu kitab görkəmli Azərbaycan şərqşünası, tarixçi, arxeoloq, t.e.n. Əjdər Ələsgərzadənin (1895-1964) şəxsi arxivindən olub, onun qızı, Muzeyin Numizmatika fondunun mühafizi Zümrüd Ələsgərova tərəfindən Muzeyə hədiyyə edilmişdir. Kitab Quranın osmanlı türkcəsində olan təfsir və tərcüməsinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.