XƏBƏRLƏR
24 İyun, 2019
Muzeydə Şəki xanlığının bayrağı qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda Azərbaycan xanlıqlarının bayraqlarından ibarət çox unikal kolleksiya saxlanılır. Bu kolleksiya 1924-cü ildə Muzeyə verilmişdir. Fondda Şəki xanlığına məxsus bayraqlar da mühafizə edilir. Bu bayraqlardan ən böyüyü (inv. 451) beşbucaq formadadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Bayrağın kənarına yaşıl xara parçadan enli haşiyə salınmışdır. Ortada güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə dəyirmi, rombvari və üçbucağa bənzər kiçik fiqurlar salınmışdır. Bayrağın yaşıl rəngdə olan haşiyəsi üzərində sarı ipək saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir. Bayrağın astarında da eyni təsvirlər mövcuddur. Açıq qəhvəyi boya ilə rənglənmiş bayraq sapı bir çox yerlərdə çatlamış, parça hissələr bəzi yerlərdə zədəlidir. Dəmir ucluq üç hissədən ibarətdir.
Qeyd edək ki, 1808-ci il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş vermiş həlledici döyüşdə Səlim xan Rusiya ordusuna məğlub olduqdan sonra xanlığın altı bayrağı rus general-mayoru P.F.Nebolsin tərəfindən qənimət olaraq götürülmüşdür. Onlardan üçü hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda qorunur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...