XƏBƏRLƏR
02 İyul, 2019
Muzey əməkdaşı Bilkent Universitetində layihədə iştirak edib
27 may-27 iyun 2019-cu il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Emin Dadaşov Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Bilkent Universitetində ezamiyyətdə olub. E.Dadaşov Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində iştirak edib.
Layihə çərçivəsində Muzeyin əməkdaşı E.Dadaşov tərəfindən “XX əsrin əvvəllərində Qara və Xəzər dənizi bölgələrində sosial həyat xarici fotoqrafların obyektivində” mövzusu araşdırılmışdır. Ezamiyyətl dövründə layihə iştirakçısı Bilkent Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında elmi araşdırma aparmış və çoxlu faktiki materiallar toplamışdır. Həmçinin, Bilkent Universitetinin Siyasi elmlər və dövlət idarəçiliyi kafedrasının dosenti Dr. Ioannis N. Grigoriadis ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak etmiş, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparmış, öz elmi tədqiqatları ilə bağlı yeni nəşrlərlə tanış olmuş və Avropa alimlərinin iş metodikası ilə maraqlanmışdır.
Qeyd olunan layihədə 12 ölkə (Avstriya, Yunanıstan, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan) təmsil olunub. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin (Karl-Franzens-Universität Graz) Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihə 2017-ci ilin yanvar ayından başlayıb 4 il müddətində davam edəcəkdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...