XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyul, 2019
Muzeyin neqativ incisi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirən bir sıra qiymətli fotoşəkillər, neqativlər, fotolentlər mühafizə olunur. Belə neqativlərdən biri də 1918-ci ilə aid ilk Milli Azərbaycan polkuna aiddir (inv. 20210). Muzeyə 2017-ci ildə qəbul edilmişdir. Qeyd edək ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra müstəqil dövlətin bütün atributları, o cümlədən Milli Ordumuz da formalaşdırıldı. Həm daşnakların, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Cümhuriyyət hökuməti iyunun 26-da qərar qəbul edərək, Azərbaycanda Milli Ordunun təməlini qoydu və milli dövlətçiliyimizi bütün ölkə ərazisində bərpa etdi.