XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 İyul, 2019
Muzeyin inciləri - müdafiə yaraqları
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda orta əsrlərə aid müxtəlif çeşidli müdafiə yaraqları qorunur. Döyüşçünün şəxsi müdafiəsini təmin edən belə yaraqlardan biri də sinəbənd-çaharaynadır (inv. № 401). Çaharayna, adından da göründüyü kimi dörd lövhədən ibarət olub, döyüşçünün sinə, kürək və yan tərəflərini qoruyurdu. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan sinəbənd bir-birinə pərçim edilmiş iki lövhədən ibarətdir. Lövhələr poladdan hazırlanmış, üzərinə qızıl suyu çəkilmişdir. İstehsal texnikası döymə, pərçim və qazımadır. Sinəbəndin unikallığı ondadır ki, anatomik qabartılar üzərindəki qızıl medalyonların içərisində ərəb hərfləri ilə “Əs-Sultan Fətəli Şah Qacar, 1224” (1810) sözləri yazılmışdır. Çaharaynanın kənar haşiyələri Quran ayələri yazılmış kartuşlarla bəzədilmişdir.