XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 İyul, 2019
Muzeyin incisi – gümüş bilərzik bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda təxminən e.ə. II-I əsrlərə aid qoçbaşlı gümüş bilərzik (s/q. 681) mühafizə olunur. 1949-cu ildə mərhum arxeoloq Saleh Qazıyev tərəfindən Mingəçevirdən tapılıb və Muzeyə təqdim olunub. Ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən bərpa işi həyata keçirilib. Bilərziyin qırıq hissələri bir-birinə bərkidilib. Kimyəvi və mexaniki üsullarla təmizlənib, üzəri qoruyucu təbəqə ilə örtülüb. Bərpadan sonra Arxeologiya fonduna təhvil verilib. Bərpa olunan eksponat antik etnoqrafiya tariximizin tədqiqi və təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.