XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 İyul, 2019
Muzeyin əməkdaşları Qəbələdə keçirilən layihədə iştirak ediblər
9-13 iyul 2019-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – Sevinc Nəsirova və Aslan Qasımov AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Qəbələdə təşkil etdiyi “Gənc arxeoloqların yay məktəbi” adlı layihədə iştirak ediblər. Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sevinc Nəsirova “Etnoarxeologiyanın bəzi problemlərinə dair”; Arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Aslan Qasımov isə “Azərbaycanın Tunc dövrü incəsənəti” adlı məruzələrlə çıxış ediblər. Eyni zamanda iştirakçılar orta əsrlər dövrünə aid Səlbir yaşayış yerində aparılan qazıntılarda iştirak ediblər. Gənc arxeoloqlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminli rəhbərlik edib. Layihənin sonunda iştirakçılara serifikatlar təqdim edilib.