XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Sentyabr, 2012
Milan konfransı (17 – 21 setyabr 2012 il)

Italya Respublikasının Milan Politexnik Universitetində  Türkiyənin Konya şəhərindəki Səlçuk Universiteti  Türk Əl Sənətləri Araşdırma Mərkəzi və Azərbaycandakı “Miras” İctimai Birliyi  ilə birgə 17-21  sentyabr 2012-ci il tarixində “VI Uluslararası Türk Kültürü,  Sanatı və Kültürel Mirası Simpozyumu ( Sanat Etkileri ” mövzusunda keçirdiyi Beynəlxalq Elmi Simpoziumda   Azərbaycan Respublikasını AMEA Milli Azərbaycan Tarixi Muzeyinin iki əməkdaşı – ekspozisiya  təhlükəsizliyi  üzrə direktor müavini, «Numizmatika və epiqrafika» elmi fond şöbəsinin dissertantı  Həbibə Əliyeva və  muzeyin elmi işlər üzrə direktor müavini , f.e.d. Nərgiz Əliyeva təmsil edirdi.17 sentyabr İtalyanin  Milan Politexnik Unuversitetinin  filalı ilə tanışlıq  oldu.


 

18 sentyabr Milan Politexnik Universitetinin böyük konfrans zalında baş tutan açılışda həmin universitetin rektor və müəllimləri,  Türkyə və Azərbaycanın İtalyadakı səfirləri və nümayəndələri , gələn   təşkilatçılar çıxış edərək iştirakçıları salamlayaraq simpozium münasibətilə təbrik etdilər.

Unversitetin dəhlizində nümayiş etdirilən sərgidə Türk və Azərbaycan xalqlarının mədəniyyətini əks etdirən müxtəlif nümunələr nümayiş olundu.

Simpoziumda italyan məruzəçilərli ilə yanaşı  Azərbaycan və  Türkyənin ali məktəb və elmi müəssisə tədqiqatçıları arxeoloji, epiqrafik, sənət tarixi, foklor məzmunlu maraqlı məruzələrlə çıxış etdilər.   .

 

Biz gələcəkdə də əlaqələrin davamlı olacağına inanaraq və İtalya əməkdaşlarının da müxtəlif mövzulu konfrans və sərgilərin təşkilində maraqlı olduqlarını nəzərə alaraq, fəaliyyətlərin genişləndirilməsinə ümid edirik.