XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Sentyabr, 2019
Muzeyin neqativ incisi - Sərdar məscidi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda tarixi İrəvan məscidinin neqativi qorunur. Sərdar sarayının yaxınlığında yerləşən Sərdar adlı məscid 1685-ci ildə tikilib və XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə Qacar tərəfindən yenidən bərpa edilmişdir. Çar Rusiyasının işğalından sonra, XIX əsrin ortalarında Sərdar məscidi silah anbarına çevrilmiş, XX əsrin əvvəllərində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir. Məscidi əks etdirən neqativ 1939-cu ildə Muzeyə təhvil verilmişdir.