XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Sentyabr, 2019
Muzeydə general Əliağa Şıxlinskiyə aid yəhərüstü qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda qorunan yəhərüstü (№5447) XX əsrin əvvəlinə aid olub, görkəmli general Əliağa Şixlinskinin memorial kolleksiyasına aiddir. Qırmızı məxmər və qırmızı dəridən hazırlanmış yəhərüstünün üzəri güləbətinlə işlənib və güləbətin sapdan saçaqları var. Yəhərüstü Ə.Şıxlinskinin qaynı, həkim Bahadur Qayıbov tərəfindən 1934-cü ildə Muzeyə hədiyyə edilmişdir. Ə.Şıxlinski Çar Rusiyası Ordusunda “artilleriyanın allahı” sayılmış, hərbi xidmətlərinə görə beş yüksək mükafata – “Müqəddəs Stanislav”, “Müqəddəs Anna”, “Müqəddəs Vladimir”, “Müqəddəs Georgi” və Fransanın “Fəxri Legion” ordenlərinə layiq görülmüş, həmçinin, üzərində “За храбрость» yazılmış qızıl qılıncla təltif edilmişdi. Ə.Şixlinski Azərbaycan Cümhuriyyəti dövründə hərbi nazir müavini təyin olunmuşdu. Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli tərəfindən Ə.Şixlinskaya tam artilleriya generalı rütbəsi verilmişdi. Ə.Şıxlinski Cümhuriyyətin süqutundan sonra da Sovet Ordunda xidmət etmişdir.