XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2012
SALYAN 2800

2012 il oktyabr ayının 16-da Salyanın 2800 yaşı qeyd olundu.Salyan sözünün mənası haqqında müxtəlif mülahizələr vardır. Elmi nədqiqatlara əsasən demək olar ki türkdilli tayfaların içərisində “SAL” tayfası olmuşdur.Onlar bir zamanlar Volqaboyu sahillətrdə yaşamış, həmin ərazidəki düzənliklərdən biri “SAL” düzənliyi adlanır.Salyan hələ XIII əsrdə diqqəti cəlb edəcək dərəcədə böyük yaşayış məntəqəsi olmuşdur.Nə vaxtdan salındığı dəqiq məlum deyil. Amma arxeoloji tədqiqatlar Salyanda ilk insan məskənlərinin küp qəbirlərdə dəfnetmə adətindən çox əvvəl, ən azı eramızdan əvvəl IX-VIII əsrlərdə yarandığını söyləməyə əsas verir.Lakin bir məntəqə kimi XV əsrin ortalarına aid edilir.1868-ci ilin fevralında Bakı Quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu


qəzanın inzibati idarəçilik və mədəni mərkəzi oldu.1916-cı ildən şəhər hesab olunan Salyan 1916 ildən 1930-cu ilə kimi Qəza mərkəzi olmuşdur.Salyan rayonu ısə 1930-cu ildə yaradılıb.