XƏBƏRLƏR
06 Sentyabr, 2019
AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri – 1 ş.v.
Bərpa laboratoriyasının müdiri – 1 ş.v.
Arxeologiya elmi fond şöbəsinin aparıcı elmi işçisi – 1 ş.v.
Bərpa laboratoriyasının bərpaçı-rəssamı (tekstil, dəri üzrə) – 1 ş.v.
Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin ekskursiyaçısı (rus dilində) – 1 ş.v.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsinin surəti;
- kadrların şəxsi uçot vərəqi;
- tərcümeyi-hal;
- əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti;
- magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin müvafiq qaydada təsdiq olunmuş surəti;
- elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir);
- elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat;
- yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;
- müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri;
- çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (İmpakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə);
- fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi;
- elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat.
Sənədlər elan dərc edilən gündən 1 ay müddətində AMEA Milli Azərbaycan Tarixi Muzeyində qəbul olunur (iş günləri ərzində, saat 11.00-dan 13.00-dək). Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi,4.
Məsul şəxs: Fərhad Rafiq oğlu Cabbarov – elmi katib.
Əlaqə telefonu: (012) 598-17-39. E-poçt ünvanı: farhadcabbarov@mail.ru
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...