XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Sentyabr, 2019
Muzeyin etnoqrafik inciləri – mis qablama qazanlar
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mis qab nümunələri qorunub saxlanılır. Bu məmulatlar arasında mis qablama qazanlar xüsusi yer tutur. Qablama qazanlar əsasən süfrə qabları qrupuna daxil olub, əsasən xörək bişirmək, xörək və ağartı məhsullarını saxlamaq, ziyafət məclislərinə ötürmək rolu daşıyır. Bu qazanlar forma və ölçülərinə görə müxtəlifdir. Təqdim olunan qazanın üzəri kitabələrlə bəzədilmişdir. Üzərində görkəmli İran şairi Sədi Şirazinin farsca qəzəlindən bir parça, həmçinin “Kərbalayi Məhəmməd Həmzənin işi” sözləri və h.1307/m.1889-1890-cı il tarixi yazılmışdır. Təqdim olunan bu materiallar XIX əsr Azərbaycan etnoqrafiyasının tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.