XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Sentyabr, 2019
18 Sentyabr - Milli Musiqi Günüdür
Bu gün ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd edilir. Azərbaycan xalqı dünya mədəniyyətinə misilsiz musiqi inciləri verməklə yanaşı, tanınmış musiqiçilər, bəstəkarlar da yetişdirmişdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda görkəmli bəstəkar və publisist Üzeyir Hacıbəylinin ailəsinə məxsus materiallar (İnv.8861;8862) mühafizə olunur. Bu materiallar – bəstəkarın anası Şirin xanıma məxsus geyim dəstidir. XX əsrin əvvəlinə məxsus Avropa tipli geyim dəsti mavi zolaqlı ipək parçadan olub, sinəsinə dəbə uyğun olaraq krujeva tikilib. Qeyd edək ki, 18.09.1885-ci ildə anadan olan Üzeyir Hacıbəylinin xatirəsinə bağlı olaraq hər il, 18 sentyabr tarixində ölkəmizdə Milli Musiqi Günü qeyd edilir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.