XƏBƏRLƏR
20 Sentyabr, 2019
20 sentyabr “Neftçilər Günü”dür
Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gündür. Həmin gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin şanlı neft tarixi tədqiq və təbliğ edilir. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə muzey tərəfindən “Azərbaycanın neft salnaməsi” kataloqu (Bakı, 2014, 253 s.) nəşr olunmuşdur. Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, tərtibçisi, “Ön söz”ün müəllifi, muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.
Kataloq muzeyin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barədə məlumat verilir, 1000-dək unikal eksponatın fotoşəkli təqdim olunur. XIX–XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir.
“Neft Daşları”, “Əsrin müqaviləsi” kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrılıb. Azərbaycan və rus dillərində nəşr olunan kataloq “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb.
Qeyd edək ki, t.ü.f.d. Fərhad Cabbarovun “Ön sözü”nün müəllifi olduğu “Azərbaycanın neft salnaməsi” adlı kataloqu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə 2014-cü ildə keçirdiyi müsabiqədə 3-cü kateqoriya üzrə qalib olmuşdur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...