XƏBƏRLƏR
27 Sentyabr, 2019
Muzeydə “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib
27 sentyabr 2019-cu il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib. Tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən təşkil olunub. Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov, muzey əməkdaşları, Maliyyə-İqtisad Kollecinin müəllim-tələbə heyəti, Səbail rayonu 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbiri açan muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva iştirakçıları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verib, İ.Nəsiminin Azərbaycanın fikir tarixindəki rolunu yüksək qiymətləndirdi. Muzeyin fondlarında Nəsiminin əsərlərinin, ona həsr olunmuş tabloların qorunduğunu, mütəmadi olaraq Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd etdi. Sonra Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin baş mütəxəssisi Pərvanə Əzimova dövlət başçısının müvafiq Sərəncamını oxudu. Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və təşkilatın məsləhətçisi Fariz Quliyev çıxış edib, dövlət başçısının İ.Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinin təbliğində oynadığı əhəmiyyətli rolu, bu sahəyə göstərdiyi qayğını vurğuladılar.
Sonra məruzəçilər – BBMM-nin şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov “Təsəvvüf metafizikası və multikulturalizm”; muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nəsimi irsində dinlərin və aləmin vəhdəti”; muzeyin fond müdiri, dosent Nardanə Yusifova “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” mövzularında slaydların müşayiəti ilə məruzə ilə çıxış etdilər. Sonda iştirakçıların sualları cavablandırıldı, xatirə şəkli çəkildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...