XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Oktyabr, 2019
Muzeydə monqol işğalına dair tablo saxlanılır
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda “Şamaxının monqollar tərəfindən zəbt olunması” adlı tablo (kətan, yağlı boya; İnv. №479) qorunur. Rəssamı Qafar Seyfullayevdir. Tablo 1957-ci ildə muzeyə təhvil verilib. Ehtiyac səbəbilə muzeyin bərpaçı-rəssamı İbrahim Hacıyev tərəfindən bərpa edilib. Bərpaçı-rəssam əsərin üzərində foto fiksasiya işləri aparıb. Əsərin qabarmış boya qatı yenidən kətana bərkidilib. Çatışmayan boya təbəqəsi bərpa qruntu vasitəsilə doldurulub. Çatışmayan boya hissələri yenidən rənglənib. Sonda əsərin səthi qoruyucu maddə ilə örtülüb. Rəssam Q.Seyfullayev bu tabloda Şamaxının o dövrdəki relyefi, memarlıq tikilisi kimi qala divarının hündürlüyü ilə Azərbaycanın alınmaz qala olmasını məcazi mənada göstərə bilmişdir. Həmçinin dövrün qanlı müharibəsinin ağırlığını əsərdə tam şəkildə təsvir etmişdir.