XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Oktyabr, 2019
Muzey əməkdaşı tədbirdə iştirak edib
Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 1 saylı Saglamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” İctimai birliyi Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbir təşkil edilib. Tədbirdə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova iştirak edib. O, çıxış edərək öncə Muzeyin rəhbərliyi və kollektivi adından tədbir iştirakçılarını salamlayıb. Sonra Muzeydə həyata keçrilən ” Muzeylərimizi tanıyaq və tanıtdıraq “ layihəsi çərçivəsində fiziki məhdudiyyətli şəxslərin muzeyə cəlb edilməsi və onların Azərbaycan tarixi ilə yaxından tanış olmaqla yanaşı, cəmiyyətə inteqrasiyasına da dəstək məqsədilə görülən işlər haqqında məlumat verib. Muzeylə fiziki məhdudiyyətli şəxslərin yaxından əlaqəsinin qurulmasını vacib hesab etdiyini qeyd edərək, tədbirin sonunda məhdudiyyətli gənclər arasında Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubleyi ilə əlaqədar “Muzey 100 ilin astanasında” adlı anket sorğusu keçirmişdir. Sorğunu keçirməkdə məqsəd fiziki məhdudiyyətli şəxslərin muzeylə daha sıx əlaqələrinin yaradılması üçün hansı tədbirlər görülməsinin vacibliyini öyrənmək olmuşdur.