XƏBƏRLƏR
08 Oktyabr, 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov 04-05 oktyabr 2019-cu il tarixlərində Ukraynanın Odessa şəhərində yerləşən İ.İ. Meçnikov adına Odessa Milli Universitetində bilik mübadiləsinə həsr olunmuş “Between Dependency and Independency of Academic Cultures. The Interwar Black Sea Region” (“Akademik mədəniyyətlərin asılılığı və müstəqilliyi arasında. Müharibəarası Qara Dəniz bölgəsi”) adlı beynəlxalq konfransda iştirak edib. Konfrans Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində baş tutub.
E.Dadaşov konfransda “The importance of education in Europe for increasing the intellectual potential of the Azerbaijan in 1918-1920 years” (“1918-1920-ci illərdə Azərbaycanın intelektual potensialının artırılmasında Avropada təhsilin rolu”) adlı məruzə ilə çıxış edib. Məruzəçi 1918-20-ci illər Avropa təhsilinə inteqrasiya sahəsində atılan ilk addımlar, mərhələlər barədə məlumat verib. Həmçinin qazanılmış bilik mübadiləsinin ölkənin intelektual potensialının artırılmasına yönəlmiş islahatların nəticələrindən bəhs edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, konfrans iştirakçılarının mövzu ilə əlaqədar sualları E.Dadaşov tərəfindən cavablandırılıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...