XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2019
Muzey əməkdaşı İstanbulda Beynəlxalq konfransda iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunun müdiri, t.ü.f.d, dos. Sevinc Vahabova İstanbulda keçirilən VIII Uluslararası “Türk uygarlığı: Köklü keçmişdən günümüz” adlı konfransda iştirak etmişdir. Məruzəçinin “Osmanlı dövrünə aid silahlar Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında” mövzusunda hazırlanmış məruzəsi böyük maraqla dinlənilmiş, Muzeyin silah kolleksiyası slayd vasitəsilə göstərilmişdir. Sonda konfrans iştirakçılarının sualları ətraflı cavablandırılmışdır.