XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2019
Muzey əməkdaşının məqaləsi nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu tərəfindən “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda konfrans materialları” (Bakı: Nurlar, 2019, 256 s.) toplusu çap olunub. Topluda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadovun “XIX – XX əsrin əvvəlləri azərbaycanlı din xadimlərində milli dilə baxış (Əl-Bakuvi nümunəsi)” məqaləsi (s.98-106) yer alır. Məqalədə XX əsrin əvvəllərində Bakı qazısı olmuş Mirməhəmmədkərim əl-Bakuvinin azərbaycanca ilk Quran təfsiri olan “Kəşfül-həqayiq” və digər əsərləri əsasında onun milli dilin inkişafı yolundakı xidmətləri tədqiq edilib.