XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2019
Muzey əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, t.ü.f.d., dos. Həbibə Əliyeva və Muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d., dos. Afət Rüstəmbəyova Türkiyənin Tokat şəhərində keçirilən “I Beynəlxalq Türk-İslam Sənətində Epiqrafik Çalışmalar” simpoziumunda moderator və məruzəçi kimi iştirak ediblər. Azərbaycanın epiqraf alimi Məşədixanım Nemətə həsr olunmuş simpozium Qaziosmanpaşa Universiteti və muzey tərəfindən birgə təşkil edilib. Dos. H.Əliyeva “Azərbaycanda epiqrafik çalışmaların bu günkü durumu və problemləri" və dos. A.Rüstəmbəyova “Ərəb yazıları inanclar sistemində (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)” adlı məruzələrlə çıxış ediblər. Tədbir iştirakçılarının sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb. Sonda məruzəçilərə sertifikatlar təqdim edilib. Həmçinin muzeyin adından dos. H.Əliyeva tərəfindən Qaziosmanpaşa Universitetinin rektoru, prof.dr. Bünyamin Şahinə təşəkkürnamə, muzeyin nəfis tərtibatlı kitab-albomları, broşürləri təqdim edilib. Konfrans iştirakçıları Tokatın qədim abidələrini və muzeylərini də ziyarət ediblər.