XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2019
Muzey əməkdaşı orta məktəbdə mühazirə deyib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qafarlı Qənirə və muzey meneceri Dadaşova Kubra Bakı şəhərində yerləşən Zəngilan rayonu 29 №-li tam orta məktəbdə olublar. Qafarlı Qənirə "Milli Azərbaycan Tarixi Muzeyinin incilərindən" movzusunda məktəbdə mühazirə deyib. Slaydlarla müşahidə olunan mühazirədə Qənirə xanım muzeyin Arxeologiya, Etnoqrafiya, Silahlar və bayraqlar fondlarının materialları haqqında ətraflı məlumat verib. Gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda çıxış edib. Mühazirə məktəblilər və direktor-müəllim kollektivi tərəfindən rəğbətlə qarşılanıb. Məcburi köçkün məktəblilərinə diqqət göstərdiyinə görə muzeyə təşəkkür ediblər. Qafarlı Qənirə və muzey meneceri Dadaşova Kubra bu kimi mühazirələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıblar. Sonda muzeyin əməkdaşları tərəfindən məktəbin direktoru Ayna Zeynalovaya muzeyin nəfis tərtibatlı nəşrləri təqdim edilib.