XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2019
Muzeyin neqativ incisi – Xədicə Qayıbova
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ Fondunda görkəmli maarifçi Xədicə Qayıbovanın 1911-ci ilə aid Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində təhsil aldığı dövrü əks etdirən neqativ (inv. № 12425) qorunur. Neqativ 1968-cı ildə Muzeyə təhvil verilmişdir. Qeyd edək ki, Tiflisdə, ruhani ailəsində anadan olan Xədicə Qayıbova (1893-1938) Qafqaz müftisi Mirzə Hüseyn Qayıbovun oğlu Nadir Qayıbov ilə evil olmuşdur. O, Tiflisdə və Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Həmçinin, Xalq Maarif Komissarlığında Şərq musiqisi şöbəsində müdir, Azərbaycan Dövlət Konservatoriyasında elmi-tədqiqat musiqi kabinetində rəhbər vəzifələrində çalışmışdır. Onun rəhbərliyi altında xalq dastanları və muğamlarımız toplanmışdır. Xədicə xanım 1937-ci ildə Türkiyəyə casusluq ittihamı ilə həbs edilmiş və 1938-ci ildə güllələnmişdir.