XƏBƏRLƏR
17 Oktyabr, 2019
Akademik Nailə Vəlixanlı ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinə üzv seçilib
Muzey işinin təşkilində və mədəni irsimizin qorunması sahəsində çox işlər görmüş Beynəlxalq Muzeylər Şurası (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir.
Milli İncəsənət Muzeyində keçirilimiş Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin plenar iclasında ICOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd etdi ki, ICOM Azərbaycan Milli Komitəsinin hazırkı sədr və Rəyasət Heyəti 2016-cı ildə seçilib və 2016-2019-cu illər ərzində Milli Komitə tərəfindən aparılan işlər haqqında qurumun 3 illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırıb. Milli Komitə son üç il ərzində keçirilmiş bir sıra yerli, regional tədbirlərlə yanaşı, beynəlxalq miqyaslı tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısı olub.
Seçki komissiyasının üzvləri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi-fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova və “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasova 2019-2022-ci illər üçün Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvlüyünə təklif olunan namizədlərin təqdimatını etdilər. Daha sonra səsvermə keçirildi. ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinə 9 üzv və sədr seçildi.
İdarə heyətinə seçilən 9 nəfərdən biri Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...