XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Oktyabr, 2019
Muzey əməkdaşı kollecdə keçirilən tədbirdə çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov və muzeyin mütəxəssisi Ayəndə Dadaşova Azərbaycan Maliyyə-İqtisad Kollecində 18 oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş tədbirdə iştirak edib. Ə.Fərhadov “Müstəqilliyimizin iki memarı – M.Ə.Rəsulzadə və H.Əliyev” mövzusunda məruzə ilə çıxış edib, verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb. Tədbirdə kollecin direktoru, h.ü.f.d. Oruc Məmmədov da çıxış edib, mövzu ilə əlaqədar film nümayiş etdirilib. Tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak edib.