XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2012
YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvləri 18 oktyabr – Dövlət Müstəqillik Gününü qeyd etdilər

16 oktiyabr 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının təşəbbüsü ilə Dövlət Müstəqillik Gününə həsr edilmiş iclas keçirildi. İclası giriş sözü ilə açıq elan edən YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri P.Əzimova qeyd edilən günün önəmini vurğulayaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit


olunub. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkə oldu. 1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti Ümummilli Liderin Heydər Əliyevin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir. Daha sonra çıxış edən YAP üzvləri- N.Quluzadə, R.Səadətov, S.Dostiyeva, T.Şiriyev Dövlət Müstəqillik Gününün tarixindən, ümummilli liderin bu günə verdiyi dəyərindən, göstərdiyi təşəbüsündən danışdılar.

 

İclas  YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvlərinin ”Biz Heydər Əliyev irsini öyrənirik” mövzusunda illik seminarda iştirak edən şəxslərin adları açıqlanmaqla ilə başa çatdı.

18 oktyabr YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvləri Şəhidlər Xiyabanı və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Təşkilat üzvləri qeyd edilən günü fotoşəkillərlə yaddaşlara köçürdülər.

 

 

Rəhim Səadətov

YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının katibi