XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Oktyabr, 2019
H.Z.Tağıyevin şəxsi əşyası bərpa olunur
Milli Azərbaycan Tarixi Muzeyində H.Z.Tağıyevin şəxsi əşyaları qorunur. Şəxsi əşyalar kolleksiyasından H.Z.Tağıyevə məxsus çamadan muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa olunur. Çamadan uzun müddət H.Z.Tağıyevin memorial muzeyində nümayiş olunub. XIX əsrin sonu- XX əsrin əvvələrinə aid olan iri ölçülü, iki qatlı çamadanın yan tərəfində “Z.A.T.” hərfləri həkk olunmuşdu. Zamanın təsirindən köhnəlmiş eksponatı muzeyin təcrübəli bərpaçı rəssamı Vüqar Xudaverdiyev bərpa edərək muzeyin yeni ekspozisiyasına hazırlayır.