XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Oktyabr, 2019
Muzey əməkdaşının mühazirəsi kecirilib
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında fəalliyyət göstərən “Gənc bələdçi” dərnəyinin dəvəti ilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Qafarlı Qənirə və Dadaşova Kubra gimnaziyanın qonaqları olublar. Qənirə xanım şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi" movzusunda mühazirə deyib, muzeyin Arxeologiya, Etnoqrafiya, Silahlar və bayraqlar fondlarının materialları haqqında məlumat verib. Gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb. Mühazirədə şagirdlər, gimnaziyanın direktoru və müəllimlər iştirak edib, onlar tərəfindən məmnunluqla qarşılanıb. Gimnaziyanın direktoru İlqar Talıbov bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, muzey-məktəb əlaqələrinin intensivliyinin vətənpərvər nəslin böyüməsində mühüm rol oynadığını qeyd edib, muzey əməkdaşlarına öz təşəkkürünü bildirib.