XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Oktyabr, 2019
Muzeydə Mülki Müdafiə Qərargahının tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Mülki Müdafiə Qərargahının tədbiri təşkil olunub. Mülki Müdafiə Qərargahının rəisi Rasim Sultanov çıxış edərək, mülki müdafiənin təşkili və yaradılması haqqında məlumat verib. Qeyd edib ki, muzeydə 2019-cu ildə mülki müdafiə işlərinin təşkili və idarəetmə mexanizmi, Azərbaycan Respublikası Prezidentinin Mülki Müdafiə haqqında fərmanı, Mülki Müdafiə haqqında qanunu və Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarının müvafiq normativ sənədləri əsasında planlaşdırılır. Vaxtında və keyfiyyətlə yerinə yetirilməsi təmin olunur. R.Sultanov fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələrindən də danışıb. Muzeyin Mülki Müdafiə Qərərgahının üzvləri və Mülki Müdafiə qüvvələri haqqında iştirakçılara məlumat verib. Muzeydə baş verən fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydalarından və necə davranmalarından bəhs edib. Sonda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib. Video-çarxda təbii fəlakətlər, dəm qazı təhlükəsi, yanğın və zəlzələ, ilan və əqrəb sancması, torpaq sürüşməsi kimi fövqəladə hallarda təhlükəsizlik qaydalarına riayət və qorunma qaydalarından bəhs olunub. İlkin həkimə qədər tibbi yardım metodları və odsöndürücü balonlardan istifadə qaydaları izah edilib. Təhlükə anında FHN-nin “112” qaynar xəttinə müraciət edilməsi tövsiyə edilib. Tədbir və video-çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.