XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Oktyabr, 2019
Muzey əməkdaşı konfransda iştirak edib
Səbail rayon 7 nömrəli tam orta məktəbdə “Vətənpərvərlik tərbiyəsi məktəbdən başlayır” adlı elmi-nəzəri praktik konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Pərvanə Əzimova çıxış edib, gənclər arasında vətənpərvərliyin təbliğinin əhəmiyyətindən danışıb. Konfrans “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində keçirilib. Konfransda QHT, KİV və ictimaiyyət nümayəndələri, müəllimlər, məktəblilər, Qarabağ müharibəsi veteranları iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd vətənpərvərliyin təbliğ edilməsidir. Tədbirin sonunda iştirakçılara və fərqlənən şagirdlərə sertifikatlar təqdim edilib.