XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Oktyabr, 2019
Muzeydə Qacar şahzadəsi Bəhmən Mirzənin əks olunduğu rəsm əsərləri qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin (1810-1884) əks olunduğu iki rəsm əsəri saxlanılır (İnv. № 181 – portret, kətan, yağlı boya, rəssamı Can Kasulanı; №184 - sulu boya, karton). Bəhmən Mirzə 1848-ci ildə hakimiyyət uğrunda saray çəkişmələrindən qaçaraq İrandan Qafqaza gəlmiş, Rusiya İmperiyasından sığınacaq almışdır. Bəhmən Mirzə ailəsi ilə birlikdə Şuşada yaşamış, Azərbaycan və İran tarixinə dair əsərlər yazmışdır. Muzeydə qorunan hər iki rəsm əsəri Qacar tarixinin tədqiqi və incəsənət baxımından əhəmiyyətlidir.