XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Oktyabr, 2019
Muzeyin silah incisi – M.S. Vorontsova aid xəncər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Qafqazın ilk canişini general-feldmarşal M.S. Vorontsova aid xəncər (İnv. № 4372) mühafizə olunur. Xəncərin üzərində onun Birinci Rusiya - İran müharibəsi zamanı, 1804-cü ildə İrəvan yaxınlığında döyüşdə Qacar ordusundan ələ keçirildiyi haqqında yazılar var. Xəncər döymə üsulu ilə hazırlanmışdır. Sonradan xəncərə sümük dəstək əlavə olunmuşdur. Xəncərin və qının üzərində döyüşdən qaldığı ehtimal edilən zərbə izləri var. Xəncərin qını isə ağacdandır və məxmər parça ilə bəzədilmişdir. Onun üzərində gümüşlə qarasavad, oyma üsulu ilə bəzəklər vurulmuşdur. Eyni zamanda firuzə və korund daşlarla bəzədilmişdir. Xəncər qənimət kimi ələ keçirildikdən sonra M.S.Vorontsova hədiyyə edilmişdir. Xəncər muzeyə 1956-cı ildə təhvil verilmişdir.