XƏBƏRLƏR
08 Noyabr, 2019
Muzeydə “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabı və Mehdiqulu xanın bayrağının təqdimatı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabı və Mehdiqulu xanın bayrağının təqdimatı keçirilib.
Kitabın müəllifi muzeyin Elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d, dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Kitab Azərbaycan və rus dillərində nəşr olunub. Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA İctimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, t.ü.e.d. Maisə Rəhimova, akademik Gövhər Baxşəliyeva, akademik Şahin Mustafayev, t.ü.e.d. Məryəm Seyidbəyli, muzey əməkdaşları, incəsənət xadimləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu günün Azərbaycan tarixində çox əlamətdar bir gün olduğunu bildirdi və keçirilən tədbirin əhəmiyyətindən danışdı. Tarixçi alim Azərbaycanın dövlətçilik rəmzlərinin yaranmasının tarixi və bu atributların bu günümüzə qədər uzun, keşməkeşli yol keçdiyini dedi. Bildirdi ki, müstəqil dövlətimizin üçrəngli bayrağı suverenliyimizin, müstəqilliyimizin rəmzidir. N.Vəlixanlı foto-slayd nümayişilə Azərbaycanın dövlətçilik rəmzlərinə həsr olunmuş muzeyin nəşrlərindən geniş danışdı.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış etdi. O, Muzey tərəfindən nəşr olunan, Qarabağ xanı Mehdiqulu xanın bayrağından bəhs edən kitabın əhəmiyyətindən danışdı. Dövrün, dövlətlərin, hadisələrin ən önəmli əlamətlərini özündə əks etdirən bayraqların tədqiqi, tariximizin təbliğ olunmasında gənc nəslin maariflənməsində çox mühüm məsələdir. Bu təqdimatın keçirilməsində Muzey rəhbərliyinə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq Azərbaycan tarixinin təbliği və maarifçilik istiqamətində işləri həyata keçirir.
Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdi. Nazir bu təqdimat mərasimində iştirak etdiyi üçün akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib, bu kitabın Azərbaycan tarixinə ən gözəl töhfə olduğunu qeyd etdi. Ə.Qarayev bildirdi ki, bu kimi əlamətdar günlərdə Milli Azərbaycan Tarixi Muzeyi həmişə elmi-maarifləndirici tədbirlər təşkil edir. O, öz çıxışında alimlərin, mədəniyyət işçilərinin qarşısında duran ən başlıca vəzifənin Azərbaycan elmini, tarixini, maddi-mədəniyyət nümunələrini sosial şəbəkələr vasitəsilə daha geniş təbliğ etmək olduğunu vurğuladı. Nazir gənclərə, tarixçi alimlərə “Vikipediya”da ermənilər tərəfindən işğal altında olan torpaqlarımızdakı tarixi abidələrin məhv edildiyini və digər mühüm tarixi hadisələri internet vasitəsilə daha geniş təbliğ etmələrini tövsiyə etdi. Hörmətli nazir qarşıdan gələn Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik etdi və muzeyin əməkdaşlarına uğurlar dilədi.
Akademik Nailə Vəlixanlı çıxışa görə Əbülfəs Qaryevə təşəkkür etdi və tariximiz üçün önəmli olan bu təklifin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Daha sonra “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabının müəllifi, t.ü.f.d., dos. Səbuhi Əhmədov foto-slayd nümayişi ilə kitab və bayraq haqqında iştirakçılara ətraflı məlumat verdi. Qeyd etdi ki, bu unikal bayraq Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə xana təqdim edilib. Xanın vəfatından sonra bayraq öncə Sankt-Peterburqa, sonra Tiflisə aparılıb. Ən sonda bayraq Azərbaycan Dövlət Muzeyinin direktoru, tarixçi alim Davud Şərifov tərəfindən 1925-ci ildə Azərbaycana gətirilib. Bu bayraq Qarabağın Azərbaycana məxsus olmasının Rusiya tərəfindən tanınmasının sübutudur.
Sonda iştirakçılar Qarabağ xanı Mehdiqulu xanın zalda nümayiş olunan bayrağı və Məhəmmədhəsən ağaya təqdim edilmiş medal və müvafiq sənədlərlə tanış olublar. Tədbir iştirakçılarına Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş nəşrləri təqdim olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...